Azərbaycanlı hakim "Yuventus"un oyununa təyinat alıb

 18:07 14.10.2019     353

Azərbaycan hakimləri UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar.

Redaktor.az-ın məlumatına görə, FİFA referiləri Rəhim Həsənov və Rauf Cabarovun başçılıq etdiyi briqadalar U-19-ların avrokubok yarışında ədaləti qoruyacaqlar.

Oktyabrın 23-də keçiriləcək “Liepaya” (Latviya) - “Porto” (Portuqaliya) matçında baş hakim Rəhim Həsənov, onun köməkçiləri Mübariz Haşımovla Rza Məmmədov olacaq.
 
Noyabrın 6-da baş tutacaq “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) qarşılaşmasında isə Rauf Cabarova baş hakimin köməkçiləri kimi Namik Hüseynovla Pərvin Talıbov yardım edəcək.