Yığmamız Dünya Çimərlik Oyunlarında dördüncü medalını qazanıb

 09:30 15.10.2019     287

Azərbaycan milli komandası Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında 4-cü medalını qazanıb. 

Redaktor.az-ın məlumatına görə, yığmamızı aktivinə mükafatı akvatlon növündə mübarizə aparan Rostislav Pevtsov və Kseniya Levskovskayadan ibarət cütlük yazdırıb. 

Onlar qarışıq cütlükdə finiş xəttinə 3-cü çatmaqla, bürünc medala yiyələniblər. R. Pevtsov və K. Levskovskaya 1:03,55 saat nəticə ilə ispaniyalı və macarıstanlı idmançılardan geri qalıblar.  

Qeyd edək ki, bunadək K. Levskovskaya akvatlonda gümüş və R. Pevtsov bürünc medal qazanıblar. Həmçinin Pənah İlyaslı (70 kq) çimərlik güləşində ikinci olub.