Paralimpiyaçılarımız Tokio-2020-yə 4-cü lisenziyanı qazanıblar

 14:20 15.10.2019     265

Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarına 4-cü lisenziyasını qazanıb.

Redaktor.az-ın məlumatına görə, növbəti vəsiqəyə paraatıcı Kamran Zeynalov sahib olub. 

O, Avstraliyanın Sidney şəhərində keçirilən dünya çempionatında güllə atıcılığında 50 m məsafədən hədəfi nişanalmada ilk “15-liy”ə düşüb və Paralimpiadada iştirak hüququ qazanıb. 

Qeyd edək ki, K. Zeynalovdan öncə digər güllə atıcısı Yelena Taranova, həmçinin parapauerliftinqçi Elşən Hüseynov və paraüzgüçü Roman Saley də Tokio-2020-yə lisenziyaya yiyələniblər