Paris klubuna Neymar şoku - Bir ay yaşıl meydanlara çıxa bilməyəcək
Nigeriya ilə yoxlama matçında zədələnən Braziliya millisinin və PSJ-nin futbolçusu Neymarın son durumu müəyyənləşib.
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, məlumatına görə, tibbi müayinədən keçən 27 yaşlı hücumçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Onun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir.
Bununla da Neymar Çempionlar Liqasında "Brügge" ilə matçları və Fransa Liqasında "Nitsa", "Marsel", "Dijon" və "Brest"lə görüşləri buraxacaq.
Rüfət Xəlil / Redaktor.az












