Alleqri İngiltərə nəhənginə doğru
Tanınmış italiyalı məşqçi Massimiliano Alleqri "Mançester Yunayted"ə keçməyə yaxındır.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, tərəflər müqavilə imzalamaq üzrədir. Razılığa əsasən, 52 yaşlı mütəxəssis İngiltərə klubunda ilinə 7.5 milyon avro qazanacaq.
Qeyd edək ki, "MY"nın ölkə çempionatında uğursuz çıxışı səbəbindən yaxın vaxtlarda baş məşqçi Ole-Qunnar Sulşeri istefaya göndəriləcəyi gözlənilir.
Rüfət Xəlil / Redaktor.az












