“Qarabağ” – APOEL matçının HAKİMLƏRİ

 14:22 21.10.2019     375

Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ” – APOEL matçının hakimləri açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, oktyabrın 24-dəki matçı slovakiyalı hakimlər idarə edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionundakı oyunun baş hakimi Filip Qlova, köməkçiləri Frantişek Ferens və Yan Pozor olacaq. Dördüncü hakim funksiyasını Peter Ziemba yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma saat 20:55-də başlayacaq. 

Vumart və Güvən reklamı Vumart Güvən