Falkao “Real”la oyunda “Qalatasaray”a kömək edə bilməyəcək

 09:53 22.10.2019     401

Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib. 

Redaktor.az-ın məlumatına görə, Radamel Falkao İstanbul təmsilçisi Çempionlar Liqasının bu gün keçiriləcək İspaniya “Real”ı ilə ev oyununda iştirak etməyəcək. 

Buna kolumbiyalı hücumçunun sağlamlıq durumu səbəb olub. Ağrılar hiss edən R.Falkao oyunöncəsi son məşqə də qatıla bilməyib. 

R.Falkaonu “Real”la qarşılaşmada Florin Andonenin əvəzləyəcəyi gözlənilir. O, Super Liqanın son turunun “Sivasspor”la görüşündə dublla yadda qalıb. 

Qeyd edək ki, bu gün keçiriləcək “Qalatasaray” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən