İtaliya klubunun baş məşqçisi İSTEFAYA GÖNDƏRİLDİ

 18:07 22.10.2019     335

İtaliyanın “Cenoa” klubunda baş məşqçi istefası gerçəkləşib.

Redaktor.az-ın məlumatına görə, Genuya təmsilçisi baş məşqçi Aurelio Andreatsolini vəzifəsindən kənarlaşdırıb.

Buna komandanın uğursuz nəticələri səbəb olub. “Cenoa” A seriyasının 8 turundan sonra 5 xalla 19-cu pillədə qərarlaşıb.

Klub yeni baş məşqçinin yaxın müddətdə müəyyənləşəcəyini açıqlayıb. Hələ istefadan əvvəl bu vəzifəyə Massimo Karrera və Tyaqo Mottanın adı namizəd göstərilirdi.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən