Azərbaycan millisi Moldovaya qalib gəlib
Moldovada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Redaktor.az-ın məlumatına görə, milli Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Futbolçularımız 2:0 hesablı qələbə qazanıb. Qolları Amin Qarayev və Ayxan Süleymanlı vurub.
Qeyd edək ki, oktyabrın 25-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.












