Ronaldo İnstaqramdan 44 milyon qazandı

 22:22 23.10.2019     437

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo bir il ərzində İnstaqramdan 44 milyon avro qazanıb.

Redaktor.az xəbər verir ki, bu haqda "La Gazetta Dello Sport" məlumat yayıb. Onun sosial şəbəkədə bir paylaşımı 900 min avrodur.

Bir il içində futbolçu 49 reklam paylaşımı edib. İnstaqramdan ən çox pul qazanan ikinci məşhur isə Lionel Messi olub. O, 36 paylaşımdan 21,2 milyon avro gəlir əldə edib.

Siyahıda üçüncü model Kendall Cenner olub. O, 14,4 milyon avro qazanıb./qol.az/

Vumart və Güvən reklamı Vumart Güvən