Azərbaycan yığması FİFA reytinqində GERİLƏDİ

 12:00 24.10.2019     366

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan millisi 111-ci pilləyə enib.

Xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi komandanın hesabında 1189 xal var. Yığma ötən ayla müqayisədə 2 pillə geriləyib. Buna millinin iki xal itkisi səbəb olub.

Hesabat dövründə iki matç keçirən yığma yoxlama oyununda Bəhreynə 3:2 hesabı ilə qalib gəlsə də, AVRO-2020-nin seçmə mərhələsində Macarıstana 0:1 hesabı ilə uduzub.

Nəticədə milli ötən ay eyni xalla şərik olduğu Farer adaları və Tailandı önə buraxaraq, 111-ci sıraya enib.

Qeyd edək ki, cədvəldə Belçika yığması yenə birincidir – 1755 xal.

Vumart və Güvən reklamı Vumart Güvən