Çempionlar Liqasında turun oyunçusu AÇIQLANDI

 15:07 25.10.2019     356

Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun ən yaxşı futbolçusu açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermənin nəticələrinə əsasən Rahim Sterlinq turun oyunçusu seçilib.

“Mançester Siti”nin 24 yaşlı hücumçusu “Atalanta” ilə görüşdə (5:1) üç qol vurmaqla fərqlənib. O, digər namizədlər Paulo Dibala (“Yuventus”), Aleks Oksleyd-Çemberlen (“Yuventus”) və Kilian Mbappeni (PSJ) arxada qoyub.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən