“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 2000-ci qolu vurub

 11:30 28.10.2019     286

“Mançester Yunayted” klubu İngiltərə Premyer Liqası tarixində 2000 qol vuran ilk komanda olub.

Redaktor.az-ın məlumatına görə, yubiley qolu IX turun “Norviç”lə səfər matçına təsadüf edib.

3:1 hesabı ilə qalib gələn qonaqların ilk topu klub üçün əlamətdar olub. Bu qola Skott Maktominay imza atıb.

Qeyd edək ki, “Mançester Yunayted”in ilk qoluna 1992-ci ilin avqustunda Mark Hyuz, 1000-ci qoluna 2005-ci ilin oktyabrında Kriştianu Ronaldo imza atıb.//Apa.az