0:9 hesabı ilə uduzan komandadan GÖZLƏNİLMƏZ ADDIM

 12:46 28.10.2019     293

İngiltərənin “Sauthempton” klubunun məşqçi və futbolçu heyətinin maaşlarının bir hissəsi xeyriyyə fonduna köçürüləcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə qərar Premyer Liqanın X turunda “Lester”ə 0:9 hesablı məğlubiyyətdən sonra verilib.

Vəsait Müqəddəslər Fonduna köçürüləcək. Komanda üzvləri bu məqsədlə bir günlük maaşlarından keçəcək. Onlar matçın baş tutduğu oktyabrın 25-i üçün pul almamağa qərar veriblər.

Qeyd edək ki, “Lester”in 9:0 hesablı qələbəsi İngiltərə çempionatlarının tarixində yüksək dəstələrdə ən fərqli səfər qalibiyyəti olub. “Sauthempton” isə öz tarixində ən ağır məğlubiyyətə üzülüb.//Apa.az