“Real” qışda futbolçu almayacaq

 18:15 28.10.2019     323

İspaniyanın “Real” klubu qış “transfer pəncərəsi”ndə heyətinə futbolçu qatmayacaq. 

Redaktor.az-ın məlumatına görə, bu barədə qərarı Florentino Peres verib. 

O hesab edir ki, indiki heyəti gücləndirməyə ehtiyac yoxdur. Klub rəhbəri belə qənaətə məşqçilər korpusunun heyətin komplektləşməsi ilə bağlı hesabatından sonra gəlib. Həmçinin, F. Peres istəyir ki, ötən yay xərclənən vəsaitlər özünü doğrultsun. 

“Kral klubu” mövsümlərarası fasilədə transferlərə 300 milyon avrodan artıq pul xərcləyib. 

Qeyd edək ki, 9 turdan sonra hesabın 18 xalı olan “Real” La Liqada turnir cədvəlində 6-cı pillədədir. Lakin madridlilər “Barselona” kimi digər rəqiblərindən 1 matç az keçiriblər. //Apa.az