212 kiloqramlıq idmançı ilk qələbəsini 22 saniyəyə qazanıb

 12:30 29.10.2019     292

212 kq çəkiyə malik rusiyalı idmançı Denis Vildanov MMA-da debüt edib.

Redaktor.az-ın məlumatına görə, əvvəllər pauerliftinq və reqbi ilə məşğul olan 31 yaşlı döyüşçü özündən 66 kq yüngül olan Arnold Veliçko ilə qarşılaşıb.

Ağırçəkili idmançıların hər ikisi üçün debüt xarakteri daşıyan döyüş cəmi 22 saniyə çəkib. 212 kiloqramlıq nəhəng rəqibini yumruqlayaraq, nokautla qələbə qazanıb.//Apa.az