“Qarabağ”ın legioneri zədəli olmasını təkzib edib

 18:15 29.10.2019     336

“Zədəli olmağımla bağlı Bolqarıstan yığmasının heyətində kənar qalacağım barədə yazılanlar həqiqətdən uzaqdır”. 

Redaktor.az-ın məlumatına görə, bunu Bolqarıstan millisinin və “Qarabağ”ın futbolçusu Simeon Slavçev deyib.

Yığmasının noyabrda keçiriləcək oyunlarına çağırılan yarımmüdafiəçi zədə səbəbindən millidən kənar qalacağı ilə bağlı iddiaları əsassız sayıb: “Əzələ ilə bağlı kiçik problem var idi. 5 gün müalicə olundum və artıq normal şəkildə məşqlərdə iştirak edirəm. Milli komandanın oyunlarına tam hazıram və bu qarşılaşmaları gözləyirəm. 15 gün yaşıl meydanlardan kənar qalmağım düz məlumat deyil. Bunu qəti şəkildə təkzib edirəm”.

Qeyd edək ki, S.Slavçevin şərəfini qoruduğu Bolqarıstan yığması noyabrın 14-də Paraqvayla yoxlama oyunu keçirəcək, üç gün sonra AVRO-2020-nin seçmə mərhələsində Çexiya ilə görüşəcək.//Apa.az