UEFA-dan Bolqarıstana irqçilik cəzası

 22:51 29.10.2019     375

UEFA Bolqarıstan Futbol İttifaqını cəzalandırıb.

Redaktor.az qurumun saytına istinadən xəbər verir ki, buna Bolqarıstan millisinin Avro-2020-nin seçmə mərhələsində evdə İngiltərəyə uduzduqları görüşdə (0:6) yerli azarkeşlərin irqçi davranışları səbəb olub.

Fanatların bu hərəkətinə görə yığmaya 2 oyunu boş tribunalar qarşısında keçirmək cəzası verilib.

Bu oyunlardan biri şərtidir.  Qarşıdakı 5 il ərzində bolqar fanatlar yenə irqçilik nümayiş etdirsələr, həmin şərti cəza da tədbiq olunacaq.

UEFA baş verənlərlə əlaqədar Bolqarıstan Futbol Federasiyasını 75 min avro cərimə də edib.

Vumart və Güvən reklamı Vumart Güvən