Argentina klubu stadionuna Emiliano Salanın adını verəcək

 10:38 30.10.2019     333

Argentinanın “San Martin de Proqreso” klubu stadionunun adını dəyişdirəcək.

Redaktor.az-ın məlumatına görə, Santa-Fe şəhərini təmsil edən klub arenaya təyyarə qəzasında vəfat edən Emiliano Salanın adını verəcək.

Klub bu addımla öz yetirməsinin xatirəsini əbədiləşdirəcək. 2005-ci ilədək bu komandada çıxış etmiş E.Salanın vaxtilə oynadığı “Calle San Martin y 9 de Julio” stadionu onun adını daşıyacaq.

Qeyd edək ki, bu il yanvarın 21-də Fransanın Nant şəhərindən Uelsin paytaxtı Kardiffə yollanan futbolçunu aparan təyyarə Böyük Britaniyaya çatmayıb. Qəza nəticəsində E.Sala və pilot uzun müddət itkin düşüb və sonradan onların meyitləri tapılıb.//Apa.az