AFFA “Keşlə”ni CƏZALANDIRDI

 13:37 30.10.2019     340

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının IX turunda baş verənlər də müzakirə olunub.

Müzakirələrdən sonra İntizam Komitəsi Bakının “Keşlə” klubunu cəzalandırıb. Buna paytaxt klubunun “Qəbələ” ilə ev matçının gec başlaması səbəb olub.

Meydan sahiblərinə görə qarşılaşma 2 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunub.