“Bu orden tək mənim deyil, hamımızın uğurudur” - Faiq Qarayev

 14:39 30.10.2019     336

“Cavid müəllim 15 il dedi, amma bizim dostluğumuz 19 ildir davam edir. O, mənə hər zaman "qardaşım" deyir, bu, mənim üçün layiqli sözdür”.

Redaktor.az-ın məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda idmanının inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunan təcrübəli mütəxəssis təqdimetmə mərasimində çıxış edib:

“Komandanı yığaraq dedim ki, bu orden tək mənim deyil, hamımızın uğurudur. Rəhmətlik atam məni voleybola qoymurdu, deyirdi bu idman növü sənə nə verəcək? Orden alandan sonra onun məzarını ziyarətə gedərək, təşəkkür etmişəm. Artıq Azərbaycanda tanınmış məşqçiyəm. Cənab Prezident mənə zəng vurdu. Bu, mənim üçün böyük hadisədir. Onunla danışandan sonra güclü bir adam oldum, iki gün özümə gələ bilmədim. Həmin bir zəng həyatımı dəyişdi. Onun sözləri insana elə güc verir ki, yaşamaq, alışmaq istəyir. Möhtərəm Prezidentimə təşəkkür edirəm. Hər zaman idmana xüsusi diqqət göstərir”.

F.Qarayev həyatında AVF-in prezidenti Cavid Qurbanovun rolunun da olduğunu vurğulayıb:

“Mənim həyatımda Cavid Qurbanovun böyük yeri olub. Heç voleybolda olmayanda, klub və federasiya rəhbəri kimi çalışmayanda da böyük dəstək verib. Bu gün federasiyada hər bir sahəyə xüsusi diqqət yetirilir, yeni voleybolçu və məşqçi nəsli yetişir. Göstərilən bu diqqətin nəticəsini 2-3 ilə görəcəyik. Azərbaycanda voleybol çox sevilir. Hər kəsə, ilk növbədə cənab Prezidentə təşəkkür edirəm”.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən