AVRO-2020 ilə bağlı işçi qrupu yaradılıb

 17:30 31.10.2019     336

2020-ci ildə Bakıda təşkil olunacaq “Formula-1” üzrə Azərbaycan Qran-prisi və futbol üzrə AVRO-2020-nin final mərhələsinin oyunlarının təşkilat komitələri, həmçinin digər qurumların nümayəndələri ilə keçirilən görüşdə birgə işçi qrupunun yaradılmasına qərar verilib.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan Turizm Bürosu, Bakı Şəhər Halqası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Hotellər Assosiasiyasının təşkilat heyətindən ibarət işçi qrupu ölkəyə daha çox turistin cəlb olunması və qonaqların vaxtlarını daha səmərəli keçirmələrini təmin etmək üçün birgə fəaliyyət göstərəcəklər. 

Görüş çərçivəsində təkcə Bakı deyil, regionlar üzrə də təbliğatın aparılması, turizm məhsullarının yaradılması, eyni zamanda satış platformalarının müəyyən olunması imkanları və yolları kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.