Azərbaycanlı hakim “Yuventus”un oyununa TƏYİNAT ALIB

 13:07 01.11.2019     276

Azərbaycanlı futbol hakimi Rauf Cabarov beynəlxalq təyinat alıb.

Redaktor.az-ın məlumatına görə, FİFA referisi UEFA Gənclər Liqasının “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq. 

Qarşılaşma noyabrın 6-da keçiriləcək. Moskvada baş tutacaq oyunda R.Cabarova Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.