İqor Tudor İSTEFAYA GÖNDƏRİLDİ

 17:12 01.11.2019     324

İtaliyanın A seriyasında baş məşqçi istefası gerçəkləşib.

Redaktor.az-ın məlumatına görə, “Udineze” klubu İqor Tudoru istefaya göndərib.

Xorvatiyalının vəzifəsindən azad edilməsi komandanın uğursuz nəticələri ilə bağlıdır. Luka Qotti komandanın müvəqqəti baş məşqçisi təyin edilib.

Udine təmsilçisinin baş məşqçisi olmağa namizədlər siyahısı isə genişdir. Burada Massimo Karrera, Cennaro Qattuzo, Françesko Qvidolin, Stefano Kolantuono və Paskuale Marinonun adı var.

Qeyd edək ki, “Udineze” A seriyasında 14-cü pillədə qərarlaşıb.//Apa.az