"Everton"lu oyunçunun ayağı BELƏ QIRILDI - VİDEO

 11:07 04.11.2019     394

İngiltərə Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Everton” – “Tottenhem” matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Redaktor.az xəbər verir ki, oyunun 79-cu dəqiqəsində "Tottenhem"in futbolçusu Hın-Min Son rəqibi Andre Qomeşin ayağına zərbə endirib. Epizod nəticəsində Andre Qomeşin ayağı sınıb.

Son bu epizoddan sonra göz yaşlarını saxlaya bilməyib. Hakim və digər futbolçular onu sakitləşdirməyə çalışıblar. Futbolçu bu epizoda görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən