APOEL - "Qarabağ" oyununun HAKİMLƏRİ

 14:39 04.11.2019     364

Avropa Liqasının IV turunun hakim təyinatları açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın APOEL-lə Kiprdəki oyunu avstriyalı hakimlərə tapşırılıb.

Noyabrın 7-dəki matçın baş hakimi Manuel Şuttenqruber olacaq. Ona Roland Brandner və Robert Steynaşer kömək edəcək. Dördüncü hakim funksiyası Kristofer Yager yerinə yetirəcək.

Hakim-inspektor Georgios Bikas (Yunanıstan), UEFA nümayəndəsi Ariel Kennet Şeyman (İsrail) olacaq.

Qeyd edək ki, Nikosiyasnın GSP stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən