Ulduz futbolçu "Real"dan ayrılmaq istəyir

 20:54 04.11.2019     379

"Real"ın futbolçusu Qaret Beyl Madrid təmsilçisindən ayrılmaq istəyir.

Redaktor.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uelsli yarımmüdafiəçi bununla bağlı klub rəhbərliyinə bildirib. 30 yaşlı oyunçu ona əlverişli təklif göndərməyə hazır olan Çin klublarından birinə keçmək istəyir. Bundan başqa, Beylin rəhbərlik və məşqçi heyəti ilə yaxşı olmayan münasibətləri səbəbindən daha Madrid təmsilçisi üçün oynamaq istəmədiyi iddia olunur.

Qeyd edək ki, Beyl 2013-cü ildən "Real"ın şərəfini qoruyur. /qol.az/

Vumart və Güvən reklamı Vumart Güvən