“Beşiktaş”ın sabiq futbolçusu BU KLUBU çalışdıracaq

 14:30 05.11.2019     270

İspaniya millisinin sabiq futbolçusu Qutinin yeni iş yeri bəlli olub.

Redaktor.az-ın məlumatına görə, futbolçu kimi “Real” və “Beşiktaş”ın formasını geyinmiş 43 yaşlı mütəxəssis “Almeriya” klubunun baş məşqçisi təyin olunub.

İspaniya Sequndasında mübarizə aparan komandanın çalışdırıcısının qarşısına klubu La Liqaya çıxarmaq vəzifəsi qoyulub. Hazırda 2-ci sırada qərarlaşan “Almeriya” “Kadis”dən 10 xal geri qalır.

Qeyd edək ki, Quti “Real”ın yeniyetmələrdən ibarət komandasını çalışdırıb və Türkiyə “Beşiktaş”ında köməkçi məşqçi olub.//Apa.az