“APOEL “Qarabağ”a qalib gələcək” - Andreas Stilianu

 11:15 06.11.2019     275

“Qarabağ”la matçöncəsi nikbinəm. Asan oyun olmayacaq”. 

Redaktor.az-ın məlumatına görə, bunu Kiprin APOEL klubunun sabiq futbolçusu Andreas Stilianu deyib.

O, Avropa Liqasının qrup mərhələsinin sabah keçiriləcək APOEL – “Qarabağ” matçı ərəfəsində fikirlərini açıqlayıb. Nikosiya klubunun veteranı komandasının qalib gələcəyinə inam ifadə edib: “Futbolda asan qarşılaşmalar olmur. APOEL “Qarabağ”a qalib gələcək. Əgər yaxşı oynayırsansa, qələbə qazanırsan. İnanıram ki, komandamız qalib gəlmək üçün hər şeyi edəcək və buna nail olacaq. Mən hesabın 2:0 olacağını proqnozlaşdırıram”.

A. Stilianunun sözlərinə görə, kiprlilərin futbolçusu Musa Al Tamari öz oyununu tapsa, daha faydalı olacaq: “APOEL son illərdə ən yaxşı heyətə malikdir. Ona görə də qələbəyə inanıram. Düzdür, hələ də istədiyimiz komanda oyununu görmürük. Amma heyətdə yaxşı futbolçular toplaşın. Uğurlu çıxış etməyin yollarını tapacağımıza ümid edirəm. Fikrimcə, APOEL artıq sabahkı oyundan nələrisə dəyişməyə başlayacaq. Musa Al Tamari yaxşı ifaçıdır. O, öz oyununu tapsa, daha faydalı olacaq”.

Veteran futbolçu baş məşqçi Tomas Dollun komandada qalıb-qalmamasına da münasibət bildirib: “Doll gələn kimi “Qarabağ”ın Çempionlar Liqasından kənarlaşdırılmasına çox sevindim. Evdəki məğlubiyyətdən sonra qəhrəmanlıq etdik. Məşqçimiz nəyə qadir olduğunu göstərdi. Lakin sonradan klubdaxili mübahisələr başladı. Baş məşqçinin kiprli köməkçisinin olması bu problemin həlli üçün yaxşı olacaq. Belə olsa, Dollun xarakterinin mənfi tərəfləri hiss olunmayacaq. Köməkçisi onun futbolçularla ünsiyyətinə kömək edəcək”.//Apa.az