Azərbaycan kubokuna 100-ə yaxın atlet qatılacaq

 12:01 06.11.2019     266

Noyabr 9-10-da ağır atletika üzrə Azərbaycan kuboku keçiriləcək. 

Redaktor.az-ın məlumatına görə, turnir Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında baş tutacaq. 

Kubokda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən 100-ə yaxın atlet öz qüvvəsini sınayacaq.

Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.