Azərbaycan yığması 16 ildən sonra beynəlxalq arenaya qayıdır

 13:23 06.11.2019     352

Həndbol üzrə 18 yaşadək oğlanlar arasında keçiriləcək EHF çempionatının püşkü atılıb. 

Redaktor.az-ın məlumatına görə, 16 illik fasilədən sonra Azərbaycan yığması da qitəmiqyaslı yarışda iştirak edəcək. 

Vyanada baş tutan püşkün nəticəsinə əsasən, milli Monteneqroda keçiriləcək çempionatda qüvvəsini sınayacaq. Yığma 8 komandanın mübarizə aparacağı turnirdə Latviya, Lüksemburq və Rumıniya ilə birgə B qrupunda yer alıb. A qrupunda isə ev sahibləri ilə yanaşı, Niderland, Türkiyə və Kosova qüvvəsini sınayacaq. 

Matçlar 2020-ci il avqustun 17-23-də olacaq. 

Qeyd edək ki, bu yaş qrupunda Azərbaycan yalnız AVRO-2004-in seçmə oyunlarında qüvvəsini sınayıb.