Azərbaycan Premyer Liqasında turun FUTBOLÇUSU

 12:53 06.11.2019     242

Azərbaycan Premyer Liqasında X turun rəmzi komandası və ən yaxşı futbolçusu müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, “İnStat” şirkətinin araşdırmalarına əsasən turun oyunçusu “Qəbələ”nin futbolçusu Davit Volkov olub.

“Sabah”la ev matçında (1:2) hesabı açan gürcüstanlı turda ən yüksək indeksə malik olub. Turun rəmzi komandasında isə 5 komandanın üzvləri yer alıblar. “Qəbələ”, “Sabah” və “Sumqayıt”dan üç, “Qarabağ”la “Neftçi”dən bir futbolçu “11-liy”ə daxil edilib.

Qapıçı: Asmir Beqoviç – 269 (“Qarabağ”)-3

Müdafiəçilər: Məqsəd İsayev - 216 (“Sabah”), Voyislav Stankoviç – 259 (“Neftçi”), Şəhriyar Əliyev - 255 (“Sumqayıt”)-2, Qismət Alıyev - 251 (“Qəbələ”)

Yarımmüdafiəçilər: Ozan Can Kökcü – 266 (“Sabah”)-2, Cavid İmamverdiyev - 291 (“Sabah”), Fernan Lopez - 285 (“Qəbələ”), Sərtan Taşqın – 254 (“Sumqayıt”)-2

Hücumçular: Davit Volkov - 299 (“Qəbələ”)-2, Əmir Ağayev - 292 (“Sumqayıt”)