Səudiyyə Ərəbistanında keçiriləcək İtaliya Superkubokunu qadınlar da izləyə biləcəklər

 22:18 06.11.2019     328

İtaliya Superkuboku uğrunda oyunun vaxtı və keçiriləcəyi yer dəqiqləşib.

Redaktor.az-ın məlumatına görə, “Yuventus” – “Latsio” matçı dekabrın 22-də baş tutacaq.

Qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

İlk dəfə oyunu qadınlar da kişilərlə bərabər izləyə biləcəklər. Həmçinin ölkə xaricindən gələn qadın azarkeşlər ənənəvi ərəb üst geyimini də geyinməyə məcbur olmayacaqlar.

Qeyd edək ki, ötən il də Səudiyyə Ərəbistanında keçirilən İtaliya Superkubokunda “Yuventus” “Milan”ı 1:0 hesabı ilə məğlub etmişdi.//Apa.az