Ançelotti klub prezidentinə qarşı çıxan futbolçulara dəstək olmayıb

 17:53 06.11.2019     287

İtaliyanın “Napoli” klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının IV turunun “Zalsburq”la oyunundan sonra komandanın bazasına qayıdıb.

Redaktor.az-ın məlumatına görə, 1:1 hesablı heç-heçədən sonra 60 yaşlı mütəxəssis məşqçilər korpusu ilə birgə klub prezidenti Aurelio de Laurentisin əmrinə əməl edib.

Bununla da K.Ançelotti futbolçularına dəstək olmayıb. Məsələ ondadır ki, A.Laurentis nəticədən narazı qaldığı üçün futbolçu və məşqçilərə bazaya qayıtmağı və 5 gün orada keçirməyi əmr edib.

Bu növ cəzadan narazı qalan futbolçular əmri icra etməkdən boyun qaçırıblar. Onlar qarşılaşmadan sonra evlərinə yollanıblar. K.Ançelottinin onlara dəstək olmaması isə böyük məbləğdə cərimədən qorxması ilə izah edilir.

Qeyd edək ki, “Napoli” Avstriya klubuna qalib gəlsəydi, ilk 1/8 finalçı olacaqdı.//Apa.az