“Mançester Siti”nin qapıçısı tarixə düşüb - Müdafiəçi isə qol buraxmayıb

 10:45 07.11.2019     308

İngiltərənin “Mançester Siti” klubunun qapıçısı Klaudio Bravo Çempionlar Liqasının tarixinə düşüb.

Redaktor.az-ın məlumatına görə, çilili qolkiper meydana oyunun gedişində daxil olub, sonradan qırmızı vərəqə alan ilk qapıçı olub.

O, qrup mərhələsinin IV turunun “Atalanta” ilə qarşılaşmasında (1:1) zədələnən Edersonu əvəzləyib. Sonradan meydana daxil olan K.Bravo 81-ci dəqiqədə qırmızı vərəqə alaraq meydanı tərk edib.

Ehtiyatda qapıçısı qalmayan “Mançester Siti” sonuncu oyunçu əvəzetməsi ilə müdafiəçi Kayl Uokeri meydana buraxıb. Son dəqiqələri qapıçı kimi keçirən futbolçu rəqibin fərqlənməsinə imkan verməyib.//Apa.az