Messi ilə Qrizmann danışmır
"Barselona"nın hücumçuları Antuan Qrizmann və Lionel Messi arasında gərginlik davam edir.
Redaktor.az-ın yaydığı xəbərə görə, sözügedən oyunçular məşqlərdə danışmırlar.
Qeyd edək ki, fransalı futbolçu açıqlamasında Messi ilə dil tapmağın çətin olduğunu söyləmişdi. Argentinalı hücumçu isə Qrizmannla heç bir probleminin olmadığını bildirmişdi. /qol.az/












