5 qat paralimpiya çempionu Bakıya gəlib

 15:03 12.11.2019     329

Belarusiya Paralimpiya Komitəsinin prezidenti Oleq Şepel Bakıda səfərdədir.

Redaktor.az bildirir ki, Belarusun idman rəsmisi Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə keçirdiyi “Yenilməzlər” adlı qala təqdimatda iştirak etmək üçün Bakıya gəlib. 

Qeyd edək ki, Belarus Paralimpiya Komitəsinin prezidenti Oleq Şepel yüngül atletika üzrə beşqat paralimpiya çempionudur. 

Xatırladaq ki, sabah Bakıda Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı “Yenilməzlər” adlı beynəlxalq qala təqdimat keçiriləcək. Tədbirin başlıca məqsədi paralimpiya dəyərlərini təbliğ etməklə yanaşı, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin Korporativ Sosial Məsuliyyət sahəsində stimullaşdırılmasıdır.