20 yaşlı gimnast məşq zamanı dünyasını dəyişdi

 01:15 13.11.2019     326

ABŞ gimnastı Melani Koulman məşq zamanı dünyasını dəyişib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, 20 yaşlı qadın idmançı paralel qollarda məşq edən zaman anidən yerə yıxılıb. 

Ağır xəsarət alan gimnast xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Rüfət Xəlil / Redaktor.az