Emil Balayev Qazaxıstanda mövsümün RƏMZİ YIĞMASINDA

 09:30 13.11.2019     297

Qazaxıstan Premyer Liqasında 2019-cu il mövsümünün rəmzi yığması açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Emil Balayev də “11-lik”də yer alıb.

“Tobol” klubunun qapıçısı mövsümdə ərzində 5 dəfə turun rəmzi komandasına daxil edilib. Bu, qolkiperlər arasında ən yüksək göstəricidir. 

Düzdür, “Astana”nın əlcək sahibi Nenad Eriç də eyni sayda – 5 dəfə rəmzi yığmaya düşüb. Amma həmyerlimiz daha az qol buraxıb. Elə buna görə də E.Balayev mövsümün komandasında da yer alıb.

Qeyd edək ki, rəmzi yığmada 11 futbolçudan 10-u legionerdir.