Türkiyə millisində ciddi itki - Əsas hücumçu zədələndi

 20:34 13.11.2019     326

Futbol üzrə Türkiyə millisi ciddi itki ilə üzləşib.

Redaktor.az Milliyet-ə istinadən xəbər verir ki, komandanın hücumçusu Cenk Tosun məşq zamanı zədələnib.

İlkin məlumata görə, 29 yaşlı hücumçu Avro-2020-nin seçmə mərhələsində İslandiya və Andorra ilə matçlarda oynamayacaq.

Qeyd edək ki, noyabrın 14-ü İslandiyanı qəbul edəcək Türkiyə yığması bundan 3 gün sonra Andorranın qonağı olacaq.

Rüfət Xəlil / Redaktor.az