UEFA “Qarabağ”a 781 min avro ayırdı

 11:38 14.11.2019     305

Ağdamın “Qarabağ” klubunun büdcəsinə UEFA-dan növbəti vəsait daxil olub.

Redaktor.az-ın məlumatına görə, əyalət təmsilçisi Avropa Liqası turnirinin qrup mərhələsində çıxışına (1 qələbə üçün 570000 avro, 1 heç-heçəyə görə 190000 avro) və Azərbaycan Premyer Liqasının  2018/19 mövsümündə klubun turnir cədvəlində mövqeyinə görə 21000 avro (market-pool–ilkin ödəniş) qazanc əldə edib.

Bu vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.