“Neftçi” qvineyalı futbolçunu BAXIŞDAN KEÇİRİR

 17:14 14.11.2019     306

Bakının “Neftçi” klubu baxışa yeni futbolçu dəvət edib. 

Redaktor.az-ın məlumatına görə, paytaxt təmsilçisi qvineyalı Yamussa Kamaranı sınaqdan keçirir.

19 yaşlı legioner hücumameylli yarımmüdafiəçidir. Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Qeyd edək ki, məşqçilər korpusu bu gün məşqlərə qoşulan Y.Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.