Əliyar Ağayev Malta – Norveç oyununa TƏYİNAT ALDI

 13:53 15.11.2019     360

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev beynəlxalq oyuna təyinat alıb.

Redaktor.az-ın məlumatına görə, ədalət təmsilçisi AVRO-2020-nin seçmə mərhələsinin oyununda iş başında olacaq.

Ə.Ağayev noyabrın 18-də-də keçiriləcək Malta – Norveç oyununu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, matç Ta Qalidəki Milli stadionda keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən