Aryen Robben məşqçiliyə BAŞLADI

 10:15 18.11.2019     346

Hollandiya millisinin sabiq futbolçusu Aryen Robben məşqçilik fəaliyyətinə başlayıb.

Redaktor.az-ın məlumatına görə, Almaniyanın “Bavariya” klubunun keçmiş yarımmüdafiəçisi bu ölkənin “Qryunvald” klubunda işləməyə start verib.

O, klubun 7-8 yaşlılardan ibarət komandası ilə çalışır. Bu komandada A.Robbenin oğlu Kay da hazırlıq keçir.

Balaca futbolçu da atası kimi 10 nömrəli forma geyinir. Onunla yanaşı, Frank Riberinin oğlu və Karl-Hayns Rummeniggenin nəvəsi də bu komandada məşq edir.

Qeyd edək ki, hollandiyalı bu ilin yayında futbolçu karyerasını bitirməyə qərar verib.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən