“Vinnitsa”nın baş məşqçisi Bakı klubu ilə MÜQAVİLƏ İMZALADI

 14:05 18.11.2019     325

Qadın voleybolçulardan ibarət “Lokomotiv” klubunun baş məşqçisinin adı dəqiqləşib. 

Redaktor.az-ın məlumatına görə, “dəmiryolçular”ın “sükanı arxasına” “Telekom”un sabiq çalışdırıcısı Vasif Talıbov gətirilib. 

O, bu postda İndoneziyanın “Cakarta” klubuna gedən Ziya Rəcəbovu əvəzləyib. Bakı klubu V. Talıbovla 1 mövsümlük müqavilə imzalayıb. 

2013-cü ildə “Telekom”a baş məşqçi gələn millinin sabiq voleybolçusu ardınca “Rabitə”də (2014-2015) və yenidən “Telekom”da (2015-2017) köməkçi məşqçi işləyib. Təcrübəli mütəxəssis Azərbaycan Super Liqasında qızıl və gümüş mükafatlara yiyələnib. 

O, 2017-ci ildə “Telekom” fəaliyyətini dayandırdıqdan sonra Ukraynaya yollanıb və burada kişilərdən ibarət “Vinnitsa”nı çalışdırıb. Komanda onun rəhbərliyi altında son iki mövsümdə müvafiq olaraq, 4-cü və 3-cü yerləri tutub. 

Qeyd edək ki, “Lokomotiv”in Super Liqadakı rəqiblərindən “Azərreyl”də baş məşqçi funksiyasını Famil Ağayev yerinə yetirəcəksə, “Abşeron” da yenidən Eldar Yusubova həvalə olunub. 

Vumart və Güvən reklamı Vumart Güvən