Andorralı futbolçudan dünya rekordu

 20:17 18.11.2019     397

Andorra millisinin kapitanı İldefons Lima dünya rekordu müəyyənləşdirib.

Redaktor.az "Sovetskiy Sport"-a istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçinin rekordu Avro-2020-nin seçmə mərhələsinin 10-cu turunda Türkiyə ilə oyunda (0:2) qeydə alınıb.

Lima milli komandada ən uzun müddət çıxış edən futbolçu adını qazanıb. 1997-ci ildə Andorra yığmasında debüt edən Lima, 22 il 148 gün millinin şərəfini qoruyub.
Bundan əvvəlki rekord 22 il 145 günlə Ekvador millisinin üzvü İvan Hurtadoya aid idi.

Rüfət Xəlil /Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən