Simeon Slavçev “Qarabağ”dan AYRILIR

 09:53 19.11.2019     404

Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Simeon Slavçev Ağdam klubundan ayrılır.

Redaktor.az-ın məlumatına görə, bolqarıstanlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirməyə yaxındır.

Bolqarıstan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki son oyununda iştirak üçün yığmanın düşərgəsinə yollanan S.Slavçev “Levski” klubu ilə anlaşıb. Onun artıq bu qış Sofiya təmsilçisinə keçəcəyi gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən