Ukrayna millisi Azərbaycanla oyunöncəsi daha bir futbolçusunu İTİRİB

 10:32 19.11.2019     346

Bu gün Azərbaycan millisi ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Ukrayna yığması itki ilə üzləşib.

Redaktor.az-ın məlumatına görə, yarımmüdafiəçi Dmitri Topalov bu gün “Dalğa Arena”da baş tutacaq görüşdə iştirak etməyəcək. 

Buna yarımmüdafiəçinin zədəsi səbəb olub. Dünən keçirilən oyunöncəsi son məşqdə xəsarət alan futbolçu yoxlama matçından kənar qalacaq.

Qeyd edək ki, bunadək xəstələnən üç futbolçu – Yevgeni Çeberko, Yefim Konoplya və Georgi Sitaişvili də heyətdən çıxarılmışdı. Onlar ümumiyyətlə Bakıya gətirilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən