İtaliya millisi 71 ildən sonra bir oyuna 9 QOL VURDU
İtaliya milli komandası son 71 ildə ilk dəfə 9 qol vurub.
Redaktor.az-ın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsinin son turunda Ermənistanı 9:1 hesabı ilə darmadağın edən “Skuadra Adzurra” sonuncu dəfə belə məhsuldarlığa 1948-ci ildə nail olub.
Həmin vaxt apenninlilər ABŞ yığmasını 9:0 hesabı ilə yeniblər. İtaliya millisi daha iki dəfə 9 və daha çox qol vurmağa nail olub. 1920-ci ildə Fransanı 9:0 hesabı ilə məğlub edən komanda Misirdən güclü olub – 11:3.
Qeyd edək ki, İtaliya yığmasının baş məşqçisi Roberto Mançini bu postda ardıcıl 11 qələbə qazanan ilk mütəxəssisdir.//Apa.az












