Ermənistan yığmasından tarixi ANTİREKORD

 13:55 19.11.2019     378

AVRO-2020-nin seçmə mərhələsinin son turu Ermənistan yığmasının uğursuzluğu ilə yadda qalıb.

Redaktor.az-ın məlumatına görə, İtaliyada meydan sahibləri ilə qarşılaşan ermənilər tarixlərinin ən böyük hesablı məğlubiyyətini alıblar.

Appeninlilər qonaqlara 9:1 hesabı ilə qalib gəliblər.

İlk görüşünü 1992-ci ildə keçirən Ermənistan bunadək ən pis halda 7 top fərqi ilə uduzmuşdu. Onlar 1997-ci il yanvarın 4-də Çili, martın 30-da isə Gürcüstana 0:7 hesabı ilə məğlub olmuşdular. İtaliya isə ev oyununda qonaqlara yeni antirekord yaşadıb.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən